Daşqınlar 3 min ton balığı məhv etdi


Digərləri 10 Apr 2019 16:14:00 237 0

Daşqınlar 3 min ton balığı məhv etdi

Leysan yağışlar və daşqınlar İranın balıqyetişdirmə müəssisələrinə ümumilikdə 4 trilyon rial (təxminən 95 milyon dollar) ziyan vurub.

Bakı. Elnur Bağışov - Leysan yağışlar və daşqınlar İranın balıqyetişdirmə müəssisələrinə ümumilikdə 4 trilyon rial (təxminən 95 milyon dollar) ziyan vurub. Trend-in məlumatına görə, bunu İranın Balıqçılıq Təşkilatının su canlılarının yetişdirilməsi üzrə sədr müavini Hüseyn Abdullahi deyib. H.Abdullahinin sözlərinə görə, 3 min ton balıq məhv olub.