Azərbaycanda meyitləri tapılan Roza və Emiliya bacıları barədə


Digərləri 10 Apr 2019 16:04:00 232 0

Azərbaycanda meyitləri tapılan Roza və Emiliya bacıları barədə

Mingəçevirdə 2 bacının dəm qazından boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Son.az xəbər verir ki, hadisənin baş verdiyi Heydər Əliyev prospekti 90 ünvanında yerləşən binadakı mənzil 24 yaşlı Roza Mobilçenko tərəfindən yeni kirayə götürülübmüş.

Gənc qız qeyri-rəsmi nikahda yaşadığı şəxslə həmin evi 3 gün əvvəl kirayə tutub. Dünən Rozanın kollecdə oxuyan 18 yaşlı bacısı Emiliya bacısının yeni köçdüyü evi təmizləmək üçün oraya gedib. Mənzili təmizləyərkən evin isti qalması üçün qaz sobasını qoşan qızlar daha sonra otağa dolan dəm qazı səbəbindən boğularaq ölüblər.

Bildirilir ki, hadisədən ilk olaraq Rozanın həyat yoldaşı xəbər tutub. O, evə gələrkən qapını döyüb və reaksiyanın olmadığını görüb. Bundan sonra qapı sındırılıb və iki bacının faciəvi şəkildə öldüyü üzə çıxıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, vəfat edən qızların valideynləri də Mingəçevirdə - D.Əliyeva küçəsində yaşayır. (publika.az)