Energetika nazirinin Şirvan şəhərində vətəndaşları qəbul vaxtı dəyişib


Digərləri 10 Apr 2019 16:03:11 240 0

Energetika nazirinin Şirvan şəhərində vətəndaşları qəbul vaxtı dəyişib

Energetika naziri Pərviz Şahbazovun Şirvan şəhərində aprelin 26-da nəzərdə tutulan vətəndaşları qəbul vaxtı dəyişib.

Bakı. Energetika naziri Pərviz Şahbazovun Şirvan şəhərində aprelin 26-da nəzərdə tutulan vətəndaşları qəbul vaxtı dəyişib. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir aprelin 29-da Şirvan şəhərində Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialının inzibati binasında (Ünvan: Şirvan şəhəri, Maarif Aydınov küçəsi 1/1) keçiriləcək.