Bakıda kriminal avtoritet saxlanıldı


Kriminal 10 Apr 2019 15:52:00 216 0

Bakıda kriminal avtoritet saxlanıldı

Bakının Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ağır cinayətlər üzrə əvvəllər məhkum olunan yerli sakinlərdən iri partiyada narkotik vasitə və odlu silah müsadirə edib.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a rayon polis idarəsindən məlumat verilib.

Aprelin 8-də "Maştağa" qəsəbəsində əməliyyatçılar əvvəllər qətlə görə məhkumluğu olan 1975-ci il təvəllüdlü Babayev Mütəllim Əmirəli oğlunu saxlayıb. Saxlanılan zaman onun üzərində 5,697 qram heroin olub.

M.Babayevin evində aparılan axtarış zamanı əməliyyatçılar daha 104 qram marixuana, 3  kiloqram 200 qram heroin və "Vinçester" tipli tüfəng aşkarlayaraq müsadirə edib.