“Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinə maraq artıb (FOTO)


Digərləri 10 Apr 2019 15:30:00 532 0

“Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinə maraq artıb (FOTO)

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məktəblilər arasında sağlam və təhlükəsiz qidalanmanın təşviqi çərçivəsində həyata keçirdiyi “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi davam edir.

Bakı. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məktəblilər arasında sağlam və təhlükəsiz qidalanmanın təşviqi çərçivəsində həyata keçirdiyi “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi davam edir. AQTA-dan Trend-ə verilən məlumata görə, artıq məktəblilər müxtəlif rəsm əsərləri ilə layihəyə böyük maraq göstərir. Həm paytaxt məktəbliləri, həm də respublikanın digər regionlarından, eyni zamanda ən ucqar kənd məktəblərindən belə rəsm əsərləri təqdim olunub. Müsabiqə çərçivəsində ümumilikdə məktəblilər tərəfindən 1000-dən artıq əl işi AQTA-ya təhvil verilib. Daxil olan rəsm əsərlərində məktəblilərin sağlam qidalanma, enerji içkilərinin zərərləri, süd və süd məhsullarının faydaları, qida zəhərlənmələri kimi mövzulara daha çox diqqət ayırdıqları görülür.