Stadiona Ronaldonun adı veriləcək


İdman 10 Apr 2019 14:23:00 307 0

Stadiona Ronaldonun adı veriləcək

Sporting-in Jose Alvalade stadionuna hazırda Juventus-da çıxış edən Kriştiano Ronaldonun adı veriləcək.

Goal.az-ın məlumatına görə, bu barədə Portuqaliya mətbuatı xəbər yayıb. Lissabon təmsilçisinin yetirməsi olan Ronaldonun şərəfinə stadionun adını “Jose Alvalade CR7” kimi dəyişdirəcəyi iddia olunur. Bununla Sporting-in əlavə gəlir əldə etmək istədiyi bildirilir.

Qeyd edək ki, Portuqaliya millisinin 34 yaşlı hücumçu Sporting-in müxtəlif aşağı yaş qruplarında oynadıqdan sonra 2002-ci ildə əsas komandada debüt edib. 1 il müddətdə 28 oyunda meydana çıxan Ronaldo 3 qol vurub, 1 qol ötürməsi edib. Bir çox Avropa nəhənglərinin diqqətini çəkən Kriştiano mövsümün sonunda 19 milyon avro qarşılığında 2003-cü ildə Manchester United-ə keçib.

Əlavə edək ki, “Jose Alvalade” Portuqaliyada məşhur stadionlardandır. Açılışı 2003-cü ildə - Ronaldo Sporting-i tərk etdikdən sonra olub.