Evlərdən oğurluq edən dəstə tutuldu


Kriminal 10 Apr 2019 14:57:00 231 0

Evlərdən oğurluq edən dəstə tutuldu

Səngəçalda evlərdən oğurluq edən dəstə tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində B.Qəhrəmanova məxsus avtomobildən noutbuk, maqnitofon və bankomat kartı, rayon ərazisindəki evlərin birindən məişət əşyaları və təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Səngəçal qəsəbə sakinləri olan 4 nəfər saxlanılıb.