Bakıda arvadını 11 yaşlı oğlunun gözü qarşısında ödürən kişi məhkəmə önünə çıxır


Kriminal 10 Apr 2019 14:44:00 192 0

Bakıda arvadını 11 yaşlı oğlunun gözü qarşısında ödürən kişi məhkəmə önünə çıxır

Arvadını qətlə yetirməkdə təqsirli bilinən Həsənov Fazil Şahlar oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçiriləcək hazırlıq iclası aprel ayının 22-nə təyin olunub.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Qubanın Ərməkiqışlaq kənd sakini Fazil Həsənov həyat yoldaşı Xoşqədəm Həsənovanı Nərimanov rayonunda kirayə qaldıqları mənzildə qətlə yetirib.