FHN yataqxanada baş verən yanğınla məlumat yaydı


Digərləri 10 Apr 2019 14:48:00 175 0

FHN yataqxanada baş verən yanğınla məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Son.az-a verilən məlumata görə, Nizami rayonunda Səhiyyə Nazirliyinin balansındakı, hər mərtəbəsi 1000 kv.m olan üçmərtəbəli xəstəxana (hazırda fəaliyyət göstərmir) binasının (məcburi köçkünlər məskunlaşıb) 3-cü mərtəbəsində dəhlizə yığılmış ev əşyaları 10 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri azyaşlı olmaqla 2 nəfər xilas edilib, 10 nəfər sakin təxliyə olunub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, hadisə nəticəsində 2 nəfər xəsarət alıb, xəsarət alan şəxslərdən birinə hadisə yerində, digərinə xəstəxanada ilkin tibbi yardım göndərilib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​