Kral ailəsinin geyimlərini hazırlayan azərbaycanlı: "Erməniləri elə qıcıqlandırdı ki..."


Digərləri 10 Apr 2019 14:39:00 243 0

Kral ailəsinin geyimlərini hazırlayan azərbaycanlı: "Erməniləri elə qıcıqlandırdı ki..."

Son.az Norveçdə yaşayan modelyer həmvətənimiz, dəfələrlə kral ailəsinin geyimlərini hazırlayan Şervin Nəcəfpurun publika.az-a müsahibəsini təqdim edir.  

- Avropada doğulub böyüyən həmvətənimiz Şervin Nəcəfpur...

- Əslən Güney Azərbaycanın Urmu şəhərindənik. Amma Azərbaycanı güneyə və quzeyə bölməyi sevmirəm. Bütöv Azərbaycançıyam. Atam 17 yaşında ikən İran adlı ölkənin işğalı altında olan Azərbaycan torpaqlarını tərk etmək məcburiyyətində qalıb. Sonradan isə Norveçdə məskunlaşıb. Mən də orada dünyaya gəlmişəm.

- Doğrudur, ölkəmizi sözdə olsa belə parçalamağı heç birimiz sevmirik. Şervin xanım, sizdə məni ən çox cəlb edən vətənpərvərliyiniz oldu. Dilimizdə də çox gözəl danışırsınız.

- Hər zaman deyirəm ki, təməl valideynlərdir. İstər vətən sevgisi, istər ana dili, istərsə də milli mədəniyyəti Norveç kimi ölkədə qorumaq çox çətindir. Valideynlərim həmişə çalışıblar ki, Azərbaycan dilində filmlər izləyim, mahnılar dinləyim, kitab oxuyum. Çox səyahət edən ailəyik. Dünyanın çox yerində olmuşuq. Çünki atam həmişə istəyib ki, başqa mədəniyyətlərlə tanış olum, öz dilimi, irsimi dünyaya tanıdım.

- Maraqlı mövzuya toxundunuz. Əədbiyyatımızdan kimləri oxuyurdunuz?

- Uşaqlıqdan xalq nağıllarımızı oxumuşam. Böyüdükcə Nizaminin, Bəxtiyar Vahabzadənin əsərlərinə çox bağlandım.

- Peşə seçiminə necə qərar verdiniz? İrsidir, yoxsa uşaqlıq arzusu?

- Bizim ailədə yaradıcı insan anam olub. Xalçalar toxuyardı, geyimlər tikərdi. Amma modaya marağım atamdan gəlir. Geyimə qarşı çox həssasdır. Hər zaman gözəl və zövqlü dəstlər geyinir. Atam uşaqlıqdan mənə deyirdi ki, insanın geyimi xüsusi olaraq yalnız onun üçün hazırlanmalıdır. İnsan hər gün yeni bir geyim almadan da kifayət qədər zövqlü və keyfiyyətli seçim edə bilər. Hələ 5 yaşımda çəkdiyim eskizləri saxlayıram. Düşünürəm ki, uşaqlıq arzularımın ardınca getmişəm.

- Müşahidələrimdən deyə bilərəm ki, Avropa insanı sadə, idman tərzli, bəzən də zövqsüz geyimlərə üstünlük verir. Bizim kimi hər libasda estetika axtarmırlar...

- Çox gözəl buyurdunuz. Şəxsi fikrimi bildirəcəm, Norveç insanı bəzən hətta eybəcər geyinir. Azərbaycan xalqı gözəlliyə çox önəm verir. Türkiyədə isə bu tərzlərin ortaq məxrəcini tapıblar. Bu baxımdan Türkiyəni çox sevirəm. Yəni eyni anda idman və qlamur tərzləri birləşdirmək mümkündür. Son vaxtlar Azərbaycanda da eyni tendensiyanın şahidi oluram. Bu məni sevindirir. Amma təəssüflə etiraf edirəm ki, Norveçdə insanlar həddən artıq minimalistik və idman tərzli geyimlərə üstünlük verirlər. Bəzən bu hal istər-istəməz məni həvəsdən salır. Onların qadınları həddən artıq kölə kimi, bizim xanımlarsa kraliça kimi gəzirlər.

- Şervin xanım, adətən insan yaşadığı cəmiyyətə bənzəyir. Bəs nə yaxşı siz Norveç kimi ölkədə dəbi təbliğ etmək qərarına gəldiniz?

- Norveçlə Azərbaycan geyim tərzlərinin qızıl ortasını tapmaq lazımdır. Qarşıma qoyduğum əsas məqsəd də budur. Modelyer kimi hər zaman çalışıram ki, türk dünyasından ilhamlanıb Norveç minimalizm cizgiləri ilə xarakerimi uyğunlaşdıraraq kolleksiyalar hazırlayım. Son işlərimdə də buna nail olduğumu düşünürəm. İnsan mütləq yaşadığı ölkəyə uyğunlaşmağı bacarmalıdır. Amma gərək özünə də sadiq qalsın. Xüsusən də xarici ölkələrdə daha çox olduğum üçün özümü sırf Norveçə aid edə bilmirəm. Həyatımın böyük hissəsi təyyarədə keçir. Ona görə zarafatla deyirəm ki, göylərdə yaşayıram. Gəzdiyim ölkələrdən ruhuma nələrsə hopur. Məsələn, rənglərdən, cizgilərdən qorxmuram. Dəri materialdan olan geyimləri, aksessuarları çox sevirəm, bu isə Norveç kimi ölkədə böyük cəsarət tələb edir. Bundan başqa ən azı bir aksessuarımda fərqlilik etməyi sevirəm ki, seçilə bilim.

- Sizcə qadına şarm verən, onu digərlərindən fərqləndirən əsas cəhət hansıdır: siması, çəkisi, yoxsa intellekti?

- Məncə insanın gözəlliyini ortaya qoyan xarakteri, istiqanlılığı, aurasıdır. Məsələn, mən özüm arıq qadın deyiləm. Dünya standartlarına nəzərən kilolu sayılıram. Çünki 44 bədən ölçüsü geyinirəm. Hətta bəziləri mənə irad bildirir ki, sən modelyersən, arıq olmalısan. Amma bu kilolar mənim dəbli görünməyimə əngəl deyil. Məni də gözəlləşdirəm auramdır. Makiyajım da, saçım da bu istiliyin sadəcə bəzəyidir. Olmasa da mənim ruhum gözəldir.

- Koko Şanel deyirdi: "Qadın makiyaj etmirsə, özünə çox əmindir". Belə çıxır ki, Avropa qadını Şərq xanımlarına nisbətən özünə daha çox güvənir və daxili gücünü artıq tapıb...


Xəbərə aid fotolar