Su polisi elektriklə qanunsuz balıq ovlayanları yaxaladı


Digərləri 10 Apr 2019 14:21:00 206 0

Su polisi elektriklə qanunsuz balıq ovlayanları yaxaladı

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları elektrik enerjisi ilə balıq ovlayan şəxslərə qarşı mübarizəni davam etdirir.

Bakı. Samir Əli - Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları elektrik enerjisi ilə balıq ovlayan şəxslərə qarşı mübarizəni davam etdirir. Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinsən Trend-ə verilən məlumata görə, idarə əməkdaşlarının keçirdikləri növbəti uğurlu tədbir zamanı kustar üsulla, yəni gərginlik artıran cihazla qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb. Ekoloji cinayətlərə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilən əməliyyat nəticəsində Qazax rayonunun 1-ci Şıxlı kəndi istiqamətində Kür çayının “Qarayazı” Dövlət Təbiət Qoruğunun ərazisindən keçən hissəsində Ağstafa rayon sakini Yusifov Məmməd Şəkər oğlu brakonyerliklə məşğul olduğu üçün Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin (XPM) əməkdaşları tərəfindən tutulub. Yoxlama zamanı ondan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd akkumlyator, 1 ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ümumi çəkisi 6 kiloqram olan 37 ədəd xramulya balığı və digər əşyalar götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb. Məmməd Yusifov tutduğu əməldən peşman olduğunu bildirib. Onunla aparılan profilaktiki söhbətlər zamanı balıq ovu ilə məşğul olmağın qanuni yolları izah edilib.