Dəmir yolundan oğurluq etmək istəyənlər saxlanılıblar


Kriminal 10 Apr 2019 14:16:00 254 0

Dəmir yolundan oğurluq etmək istəyənlər saxlanılıblar

Hacıqabul dəmir yolu stansiyasının ərazisindən oğurluğa cəhd edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, aprelin 9-da saat 8 radələrində Hacıqabul dəmir yolu stansiyasının ərazisindən 100 ədəd şpal altlığı, 30 ədəd rels birləşdiricisi, 3 kisə kastil və 3 kisə bolt-qaykanı oğurlamağa cəhd göstərən Hacıqabul rayon sakinləri H.Xəlfəyev və Ə.Məmmədov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.