Gözəllik axtaran zaman xəstəlik tapanlar VİDEO FOTO


Digərləri 10 Apr 2019 14:03:00 244 0

Gözəllik axtaran zaman xəstəlik tapanlar  VİDEO  FOTO

Son zamanlar Hepatit, xüsusən Hepatit C-yə yoluxanların sayı artır. Ondan da qorxulu olan QİÇS xəstəliyi ilə bağlı statistika da ürəkaçan deyil. Hepatit və QİÇS kimi xəstəliklərin qanla keçdiyini nəzərə alsaq, gözəllik salonları və stomatoloji kabinetlərdə xəstə insandan sağlam insana yoluxma ehtimalı daha çoxdur. Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb. Yalçın Abuzərov - Həkim: "Dırnaq təmizləmə işləri gedir. Orada dəmir alətlər istifadə olunur. Dəmir alətlər də bir adamın dırnağına istifadə olundu, ondakı zədəli yerə toxundu, növbəti gələn müştərinin dərisinə toxunanda qan yolu ilə keçən xəstəliklər digər insana keçir". Bu gün fəaliyyət göstərən diş kabinetlərinin və gözəllik salonlarının çoxluğu və bəzilərində hökm sürən antisanitariya, sterilizasiya problemi, onları birbaşa xəstəlik yuvasına çevirir. Günel Şükürova - Kosmetoloq: "Daraqlardan və yaxud da manikur-pedikur zamanı istifadə olunan alətlərdən insanlara daha çox xəstəliklər yoluxur". Ekspertlər iddia edir ki, Bakıdakı gözəllik salonlarının və stamotoloji kabinetlərin heç də hamısında sanitar qaydalar gözlənilmir. Digər tərəfdən, əksər vətəndaşlar sanitar gigiyenik qaydalara biganə yanaşır. Çoxlari istifadə edilən alətlərin təmizliyi ilə heç maraqlanmr. Mütəxəssislərin sözlərinə görə, ilk növbədə, müasir sterilizasiya qaydalarına əməl edilməlidir. Yalçın Abuzərov - Həkim: "Müştərilər ardıcıl gəldiyinə görə, həmin alətləri strelizə etmirlər. Müştərini itirməmək üçün ardıcıl həmin müştərilərə xidmət göstərirlər, strelizə etmədən. Artıq bu qan yolu ilə keçən hər hansı xəstəliyin növbəti müştəriyə keçməsi deməkdir". Günel Şükürova - Kosmetoloq: "Su ilə alətlər yuyulur. Sonra müəyyən müddət ərzində dezinfeksiyaedici məhlula qoyulur. Daha sonra təkrar yuyulur və quruducu şkafa, yaxud da avtoklaba qoyulur". Gözəllik salonları və diş kabinetlərindəki gigiyena və sanitariya vəziyyətinin öyrənilməsi, buna nəzarət edilməsi GEM tərəfindən həyata keçirilməlidir. Adıçəkilən qurumdan isə bildirildi ki, yalnız şikayət olduğu halda, İqtisadiyyat Nazirliyinin razılığı ilə yoxlamalar aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar