Azərbaycan və BƏƏ kiçik və orta sahibkarlıq sahəsində əlaqələri genişləndirir


Digərləri 10 Apr 2019 14:08:00 235 0

Azərbaycan və BƏƏ kiçik və orta sahibkarlıq sahəsində əlaqələri genişləndirir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Birləşmiş Ərəb Əmirliklərinin analoji qurumu olan Dubayın Kiçik və Orta Sahibkarlıq üzrə İnkişaf Qurumu arasında əməkdaşlıq genişlənir.

Bakı. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Birləşmiş Ərəb Əmirliklərinin analoji qurumu olan Dubayın Kiçik və Orta Sahibkarlıq üzrə İnkişaf Qurumu arasında əməkdaşlıq genişlənir. KOBİA-dan Trend-ə verilən məlumata görə, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ənənəvi olaraq keçirilən İllik İnvestisiya Toplantısı çərçivəsində təşkil olunmuş görüşdə müzakirələr aparılıb. 8-ci İllik İnvestisiya Toplantısında iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Dubayın Kiçik və Orta Sahibkarlıq üzrə İnkişaf Qurumunun baş icraçı direktoru Abdul Baset Əl-Janahi arasında keçirilmiş görüşdə tərəflər əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib, əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar. Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin KOB subyektləri arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, bu məqsədlə KOBİA və Dubayın Kiçik və Orta Sahibkarlıq üzrə İnkişaf Qurumu arasında əlaqələrin genişləndirilməsi, KOB-ların iştirakı ilə Bakıda birgə tədbirin təşkili, BƏƏ investisiyaları əsasında ölkəmizdə birgə layihələrin reallaşdırılması görüşün başlıca müzakirə mövzularından olub.