"İƏT Modeli - 2019 Beynəlxalq Münasibətlər Akademiyası"na start verildi (FOTO)


Digərləri 10 Apr 2019 13:41:00 177 0

"İƏT Modeli - 2019 Beynəlxalq Münasibətlər Akademiyası"na start verildi (FOTO)

Artıq 9 ildir Azərbaycanda uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinə növbəti dəfə start verilib.

Bakı. Artıq 9 ildir Azərbaycanda uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinə növbəti dəfə start verilib. Trend-in məlumatına görə, İƏT Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzi və Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihənin 2019-cu il buraxılışı dünən təşkil olunmuş ilk mühazirə proqramı ilə öz işinə başlayıb. Bakı Dövlət Universiteti, ADA Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti və digər ali məktəbləri təmsil edən və iştirak üçün müraciət etmiş 300-dən artıq tələbə arasından seçilmiş 50 gəncin 5 həftə davam edəcək mühazirələrdə və sonda təşkil olunacaq İƏT Modeli beynəlxalq simulyasiyasında iştirakı nəzərdə tutulub. Akademiyanın 2019-cu il buraxılışının açılışını edən İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin Baş Direktoru Elməddin Mehdiyev layihənin məqsəd və mühazirə mövzuları haqqında tələbələrə məlumat verərək, layihənin tərəfdaşı Gənclər və İdman Nazirliyinə təşəkkür edib.