Harri Keyn üçün mövsüm bitdi?


İdman 10 Apr 2019 13:23:00 267 0

Harri Keyn üçün mövsüm bitdi?

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Manchester City-yə qalib gələn (1:0) Tottenham ağır itki ilə üzləşib.

GOAL.az xəbər verir ki, qarşılaşmanın 56-cı dəqiqəsində xəsarət alaraq meydanı tərk edən 25 yaşlı hücumçunun durumu kifayət qədər ciddidir. Bu barədə London klubunun baş məşqçisi Maurisio Poçettino məlumat verib.

Baş məşqçi bildirib ki, Keyn mövsümün sonunadək oyanamaya bilər: "Onun topuğu burxulub. Görək hadisələr necə davam edəcək”.