Sonsuzluğun çarəsi olan qidalar FOTO


Digərləri 10 Apr 2019 13:10:00 218 0

Sonsuzluğun çarəsi olan qidalar  FOTO

Ailələrin dağılmasına əsas bəbələrdən biri də sonsuzluqdur. Daha çox kişilərdə rast gəlinən sonsuzluğun qidalanma ilə əlaqəsi varmı?

Son.az foodinfo.az-a istinadən türkiyəli həkim Dr. Betül Görgenin körpəyə sahib olmaqda çətinlik çəkən kişilər üçün qidalanma tövsiyələrini təqdim edir:

Tərəvəz və meyvələr: vitamin C və vitamin A, maqnezium, folat və sinklərlə zəngin qidalar bədəndə antioksidandır. Tədqiqat göstərir ki, bu antioksidanlar sonsuzluğa aparan fəsadların qarşısını alır. Yaşıl tərəvəzlərdə folat, zülal sintezi və sperma hüceyrələrində DNT istehsalı üçün vacib elementlər daha çoxdur.

Sink, selen və vitamin C ilə zəngin qidalar: Sink, ət, pendir və balıqlarda çoxdur. Sink çatışmazlığı sperma sayının aşağı düşməsinə səbəb olur. Odur ki, tələb olunan sinkin gündəlik miqdarı gündə 10 mq dır. Selen qoz-fındıq, balıq və toyuq məhsullarında daha çoxdur. Normal sperma istehsalına gündə 55 mq selen lazımdır. C vitamini üçün bu miqdar gündə 80 mq təşkil edir.

Süd məhsulları: Daim süd içmək, süd məhsullarından istifadə sperma istehsalına təsir edən amildir.


Xəbərə aid fotolar