"Mənə kəllə atdı, sonra da yumruq vurdu, mən də bıçaqladım"


Kriminal 10 Apr 2019 12:56:00 226 0

"Mənə kəllə atdı, sonra da yumruq vurdu, mən də bıçaqladım"

Dostunun qardaşını bıçaqlmaqda təqsili bilinən 26 yaşlı Ağasalı Şirvan oğlu Xəlilzadə Ali Məhkəməyə müraciət edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, təqsirləndirilən şəxsin şikayətinə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində baxılacaq.

Qeyd edək ki, hadisə 21 oktyabr 2017-ci il tarixində Sulutəpə qəsəbəsində baş verib.

İttihamda yazılır ki, Ağasalı Xəlilzadə tanışları Müşfiq Qədirov və qardaşı Elxan Qədirovla kafedə çay içərkən aralarında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Ağasalı Xəlilzadə kafedən götürdüyü bıçaqla qardaşlardan birini bıçaqlayıb və hadisə yerindən qaçıb. İttihamda cinayətin baş vermə səbəbi gənclər arasında borca görə yaranmış mübahisə göstərilir.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsədn sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

A.Xəlilzadə ifadəsində bildirib ki,  hadisədən bir neçə gün əvvəl həmin kafeyə çay içmək üçün gedib. Onunla birlikdə dostu Müşfiq də olub. Kafedə çay içən zaman Müşfiq çölə çıxıb. Həmin vaxt polis əməkdaşları Müşfiqi polis bölməsinə aparıblar: