Smollinq Mesiyə meydan oxudu


İdman 10 Apr 2019 12:40:00 254 0

Smollinq Mesiyə meydan oxudu

Manchester Unitedin müdafiəçisi Kris Smollinq iddialı açıqlama ilə gündəmə gəlib.

Goal.az xəbər verir ki, 30 yaşlı futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsində bu gün Barcelona ilə keçiriləcək ilk oyuna hazır olduqlarını bildirib.

İngiltərə millisinin üzvü rəqibin kapitanı Lionel Messidən çəkinmədiyini söyləyib, hətta ona meydan oxuyub: "Belə oyunlardan zövq almaq lazımdır. Şanslıyam ki, bu mövsüm Kriştiano Ronaldo və Kilian Mbappeyə qarşı oynamışam. İndi də rəqib Messi olsun. Mən və komanda yoldaşlarım bu çətinlikləri yaşamışıq. Digərlərindən necə qorxmamışamsa, Messidən də qorxmuram. Messiyə demək istəyirəm ki, onu gözləyirəm".

Qeyd edək ki, Manchester United - Barcelona oyunu Bakı vaxtı ilə 13:00-da başlayacaq.