Edin Dzeko Premyer Liqa kubuna keçməyə yaxındır


İdman 10 Apr 2019 12:00:00 291 0

Edin Dzeko Premyer Liqa kubuna keçməyə yaxındır

Roma-nın futbolçusu Edin Dzeko İngiltərə Premyer Liqasına transfer oluna bilər.

Goal.az The Sun-a istinadən xəbər verir ki, West Ham Bosniya və Hersoqovina millisinin üzvünü heyətinə qatmaq istəyir. Məlumata görə, London klubu 33 yaşlı forvard üçün 25 milyon avro təklif edir.

İddialara görə, West Ham-in baş məşqçisi Manuel Pelleqrini Manchester City-də rəhbərliyi altında oynamış Dzeko ilə görüşərək onu razı sala bilib.

Qeyd edək ki, 2016-cı ildə Manchester City-dən 11 milyon avroya Roma-ya transfer olunan bosniyalı futbolçu cari mövsümdə kaeçirdiyi 33 oyunda 12 qol vurub və 8 məhsuldar ötürmə edib.