Xəbərdarlıq edilən restoran və şadlıq saraylarının


Digərləri 10 Apr 2019 12:02:00 219 0

Xəbərdarlıq edilən restoran və şadlıq saraylarının

Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində Nazirlik tərəfindən görülən tədbirlərin tərkib hissəsindən biri də havaya atılan tullantıların azaldılması və normalara cavab verməsidir. Bu məqsədlə ictimai-iaşə obyektlərində monitorinqlər aparılıb, təmizləyici qurğuların quraşdırılması üçün kompleks tədbirlər görülüb. Deyə bilərik ki, artıq restoran və şadlıq saraylarının 90 faizində qurğular quraşdırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev bildirib: "Lakin bəzi şadlıq sarayları və restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılması ilə bağlı ETSN-yə şikayətlər daxil olduğundan tərəfimizdən təkrar monitorinqlərə başlanılıb. Keçirilən monitorinqlər zamanı təmizləyici qurğuların filtrlərinin vaxtaşırı təmizlənmədiyi səbəbindən 31 obyektdən havaya yenə də normadan artıq tullantıların atıldığı məlum olub. Bunlar "Real", "Golden Ring", "Sonalar Sonası", "Milord", "Həyat", "Cənnət", "Flaminqo", "Qızıl Buta", "Madonna", "Afrodita", "Oazis", "Qızıl Tac", "Gold Palace", "Niel", "İdeal", "Şəhanə" və digər şadlıq saraylarıdır ki, onların sahiblərinə çirklənmiş filtrlərin vaxtlı-vaxtında dəyişdirilməsi barədə göstərişlər verilib. Araşdırma və monitorinqlər davam etdirilir".