“Space” TV söyüşə görə məhkəmə qarşısında


Digərləri 10 Apr 2019 11:48:00 216 0

“Space” TV söyüşə görə məhkəmə qarşısında

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) “Space” televiziyası barədə tərtib etdiyi protokol üzrə məhkəmənin vaxtı məlum olub

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) "Space" televiziyası barədə tərtib etdiyi protokol üzrə məhkəmənin vaxtı məlum olub.

Son.az oxu.az-a istinadla xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi ilə keçiriləcək iclas aprelin 24-nə təyin edilib.

MTRŞ İnzibati Xətalar Məcəlləsin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib.