Azərbaycanlı mütəxəssislərin hazırladığı layihələr beynəlxalq müsabiqədə “Çempion” oldu


Digərləri 10 Apr 2019 11:38:41 217 0

Azərbaycanlı mütəxəssislərin hazırladığı layihələr beynəlxalq müsabiqədə “Çempion” oldu

“Danışan kitabxana” layihəsi beynəlxalq müsabiqədə “Çempion layihə” mükafatına layiq görülüb.

Bakı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan və “Made in Azerbaijan” brendi altında təqdim olunan “Danışan kitabxana” layihəsi beynəlxalq müsabiqədə “Çempion layihə” mükafatına layiq görülüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2019 Mükafatları” (WSIS Prizes – 2019) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində öz sahiblərinə təqdim olunub. Belə ki, “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2019” çərçivəsində keçirilən mükafatlandırma mərasimində “Çempion layihə” mükafatına müsabiqənin “Əlverişli mühit“ nominasiyası üzrə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin təqdim etdiyi “Danışan kitabxana” layihəsi layiq görülüb. “Danışan kitabxana”nın əsas məqsədi insanlara müasir, klassik və bədii ədəbiyyat nümunələrini dinləmək imkanı yaratmaqdır. İstifadəçilər günün istənilən vaxtı, “15 41” nömrəsinə zəng etməklə müxtəlif janrlara aid əsərləri seçib dinləyə bilirlər. Hazırda audiokitabxanada mövcud olan kitabların sayı 300-dən çoxdur. Bu günə qədər bu xidmətdən yararlanmaq üçün 45.000-dən çox müraciət qeydə alınıb. “Danışan kitabxana”nın sosial əhəmiyyəti onun daha çox görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulmasıdır.