AzTVdən Rəşad İlyasov QƏRARı


Digərləri 10 Apr 2019 11:12:00 249 0

AzTVdən Rəşad İlyasov QƏRARı

Artıq bir neçə gündür ki, Space TV-dəki efir biabırçılığı, müğənnilər Rüfət Axundov və Rəşad İlyasov ətrafında müzakirələr aparılmaqdadır.

Qeyd edək ki, qalmaqallı veriliş zamanı Rüfət Axundovla birlikdə mahnını zümzümə edən Rəşad İlyasovun da həmkarının söyüşlərini təkrarlayaraq, aparıcıya tərəf gülə-gülə həmin ifadələri işlətməsi onu da qalmaqalın cənginə salmışdı. Bundan sonra əməkdar artist R.İlyasovun AzTV-nin solistliyindən çıxarılması haqda şayiələr yayılıb.

Son.az xəbər verir ki, AzTV-nin "İctimai-siyasi proqramlar" redaksiyasının baş redaktoru Sərvər Bayramov məsələ ilə bağlı "Yeni Müsavat"a açıqlama verib. Qurum əməkdaşı qeyd edib ki, müğənniyə qarşı heç bir qadağa tətbiq edilməyəcək:

"Qeyd edim ki, bu hadisə digər televiziya kanalının efirində baş verib. Bunun üçün də məsələnin araşdırılması MTRŞ-yə aiddir. Məlum olduğu kimi, MTRŞ artıq hadisə ilə bağlı öz açıqlamalarını yayıb. Açıqlamada da göründü ki, Rəşad İlyasovun bu məsələdə birbaşa günahı yoxdur. Neqativlər yalnız onun həmkarı ilə bağlıdır.