Məşhur futbolçuya bənzəyən azərbaycanlı: "Messiyə yazıram, cavab vermir" VİDEO FOTO


Digərləri 10 Apr 2019 10:54:00 244 0

Məşhur futbolçuya bənzəyən azərbaycanlı: "Messiyə yazıram, cavab vermir"  VİDEO  FOTO

Dünya futbolunda ulduz oyunçuların başında Argentina millisinin və İspaniyanın "Barselona" klubunun üzvü Lionel Messi gəlir. Sırf ona azarkeşlik edənlərin sayı dünyada milyonlarladır.

Həmin azarkeşlərin çoxu özünü ona oxşatmağa çalışır. Bəziləri, doğrudan da, görkəminə görə Messiyə oxşayır. Bunlardan biri də Röyal Ağamalıyevdir.

Son.az oxu.az-a istinadən Lionel Messiyə oxşarlığı ilə seçilən Röyal Ağamalıyevlə müsahibəni təqdim edir.

- Özünüzü təqdim edərdiniz...

- 30 yaşım var. Bakıda anadan olmuşam. Əslim Şəkidəndir. Sürücü işləyirəm.

- Bu əhvalat necə başladı? Sizi birinci kim Messiyə oxşatdı?

- Heç kimin deməyinə ehtiyac qalmadı. Artıq özüm güzgüyə baxanda bilirdim ki, Messi ilə oxşarlığım var. Kənardakı adamların da mənim barəmdə danışdığını görürdüm. Bilirdim ki, Messiyə oxşamağımdan danışırlar.

- Messi əvvəllər saqqal saxlamırdı. O, saqqal saxladıqdan sonra siz də buna başladınız?

- Bəli.

- Üzünüzü qırxdıqdan sonra da Messiyə oxşarlığınız qalır?

- Bəli, yenə də oxşayıram. Uşaq olanda "çeçenka" saç saxlayırdım. Elə onda da oxşayırdım. Sadəcə, həmin şəkillər yoxdur deyə, sizə göstərə bilmirəm.

- Messi artıq saqqalını yenidən qırxmağa başlayıb. Siz də qırxacaqsınız?

- Yox.

- Sizin kumirinizdirsə, onun hərəkətlərini təkrarlamalı deyilsiniz?

- O, saçını saraldır, amma mən etmirəm. Bu, saçımın təbii rəngidir. Bəzi şeylər var ki, onları təkrarlamıram.

- Amma saqqalınızı saraltmısınız...

- Bəli, bir az...

- "Instagram" profilinizdə 3500-ə yaxın izləyiciniz var...

- Bu profili açmaqda da məqsədim olub. Fikirləşdim ki, Barselonada, Tehranda Messi varsa, niyə bizdə də olmasın?!


Xəbərə aid fotolar