Azərbaycan Prezidentinin tapşırığı ilə İrana göndərilən humanitar yardımın SİYAHISI FOTO


Digərləri 10 Apr 2019 10:14:00 233 0

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana göndərilən humanitar yardımın SİYAHISI  FOTO

Azərbaycan tərəfindən İrana göndərilən humanitar yardım gün ərzində çatacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə bildirib.

F.Tağızadə deyib: "Humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, "Katerpiller", "Komatsu" markalı iki ədəd ekskavator daxildir. Yardımın ümumi dəyəri 950 min manatdır".

Ümumi dəyəri 950 min manat olan humanitar yardım Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə Alayından İrana yola salınıb.


Xəbərə aid fotolar