Nazir BMT-də gənclərin məşğulluğu ilə bağlı təkliflə çıxış etdi (FOTO)


Digərləri 10 Apr 2019 10:14:45 201 0

Nazir BMT-də gənclərin məşğulluğu ilə bağlı təkliflə çıxış etdi (FOTO)

Gənclər və idman naziri Azad Rəhimov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş qərargahında 8-ci Gənclər Forumunda təkliflə çıxış edib.

Bakı. Gənclər və idman naziri Azad Rəhimov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş qərargahında 8-ci Gənclər Forumunda təkliflə çıxış edib. Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, A.Rəhimov BMT-nin çətiri altında sadəcə görüşlərin və müzakirələrin aparılması deyil, gənclərin məşğulluğunun təmin olunması istiqamətində real işlərin görülməsi məqsədi ilə xüsusi koordinasiya komissiyasının yaradılması təklifini irəli sürüb.