İsraildə seçkilərin ilkin nəticələri açıqlandı


Dünya 10 Apr 2019 10:08:00 187 0

İsraildə seçkilərin ilkin nəticələri açıqlandı

İsrailin Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb

.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat dərc olunub.

Məlumata görə, səslərin 96 faizinin hesablanmasından sonra İsrail baş naziri Benyamin Netanyahunun hakim "Likud" partiyası müxalifətin "Kaxol-Lavan" mərkəzçi blokunu cüzi fərqlə üstələyir.

Netanyahunun partiyası beləcə Knessetdə 37 mandat qazanıb. Benni Qansın (Benny Gantz) başçılıq etdiyi müxalifət bloku isə 36 deputatla parlamentdə təmsil olunacaq.

Bundan əvvəl yayılan ekzit-pol nəticələri isə Qansın qələbə çalacağı ehtimallarını artırmışdı. İlkin nəticələr açıqlanmazdan əvvəl hər iki partiya lideri tərəfdarları qarşısında öz qələbələrini elan etmişdi.