Çempionlar Liqası: Manchester United Barcelona-ya, Ajax Juventus-a qarşı


İdman 10 Apr 2019 09:40:00 252 0

Çempionlar Liqası: Manchester United Barcelona-ya, Ajax Juventus-a qarşı

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Goal.az xəbər verir ki, qarşılaşmalar Hollandiya və İngiltərədə təşkil olunacaq.

İngiltərədəki oyunda Manchester United İspaniya Barcelona-sını qəbul edəcək. Hər iki kollektiv 1/8 finalda Fransa təmsilçilərini mübarizədən kənarlaşdırıb. "Qırmızı şeytanlar" PSG-ni, Kataloniya klubu isə Lyon-u üstələyib. 

Hollandiyada Ajax İtaliya Juventus-unun müqavimətini qırmağa çalışacaq. Amsterdam komandası bundan öncəki mərhələdə turnirin son qalibi İspaniya Real Madrid-ini yarışdan kənarlaşdırıb. Juventus isə Madridin digər komandası Atletico-nu məğlubiyyətə uğradıb. 

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

23:00. Manchester Unied (İngiltərə) - Barcelona (İspaniya)

Baş hakim: Canluka Rokki (İtaliya)

Mançester. "Old Trafford" stadionu

23:00. Ajax (Hollandiya) - Juventus (İtaliya)

Baş hakim: Karlos del Cerro Qrande (İspaniya)

Amsterdam. "Yohan Kroyf Arena"

1/4 final mərhələsinin ilk 2 oyununda Liverpool Porto-nu 2:0, Tottenham Manchester City-ni 1:0 hesabı ilə üstələyib.