Ucardakı faciədə xəsarət alan "Azərsu" əməkdaşlarından


Digərləri 10 Apr 2019 09:55:00 245 0

Ucardakı faciədə xəsarət alan "Azərsu" əməkdaşlarından

Ucarda kanalizasiya xəttində qəza aradan qaldırılarkən baş vermiş torpaq uçqunu zamanı xəsarət alan "Azərsu" əməkdaşı Vilnur Sadıqovun səhhəti normaldır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, V.Sadıqov hazırda Ucar Rayon Mərkəzi Xəstəxanasında müalicəsini davam etdirir: "Həyatı üçün təhlükə yoxdur. Ayağında ağrıları var, həkim nəzarətindədir. Hazırda xəstə özünü normal hiss edir. Hadisə nəticəsində xəsarət alan digər əməkdaşımız isə evindədir, stasionar müalicəyə ehtiyacı yoxdur".

Qeyd edək ki, Ucarda kanalizasiya xəttində baş vermiş qəza aradan qaldırılarkən torpaq uçqunu baş verib. Hadisə nəticəsində "Azərsu" ASC-nin 2 nəfər əməkdaşı xəsarət alıb.