Ucqar kəndlərdə 50 modul tipli məktəb istifadəyə veriləcək


Digərləri 10 Apr 2019 09:14:24 237 0

Ucqar kəndlərdə 50 modul tipli məktəb istifadəyə veriləcək

Cari ildə daha 50 modul tipli məktəb istifadəyə veriləcək

Cari ildə daha 50 modul tipli məktəb istifadəyə veriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bəzi ucqar kəndlərdə qəzalı vəziyyətdə olan məktəb probleminin aradan qaldırılması üçün modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulub. Yeni quraşdırılacaq modul tipli məktəblərin layihəsi artıq hazırdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb.