Baş redaktor: "Yeni Azərbaycan" qəzeti üzərinə düşən vəzifəni bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaq


Digərləri 10 Apr 2019 08:24:00 224 0

Baş redaktor: "Yeni Azərbaycan" qəzeti üzərinə düşən vəzifəni bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaq

Aprelin 10-da "Yeni Azərbaycan" qəzetinin fəaliyyətə başlamasından 26 il ötür.

Son.az bildirir ki, qəzetin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Trend-ə açıqlamasında deyib ki, "Yeni Azərbaycan" qəzeti müstəqil mətbuatımızın yeni formalaşdığı illərdə - 1993-cü ildə işıq üzü görüb və media həyatına ideoloji qəzet kimi başlayıb.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi orqanı olan bu qəzet ötən illər ərzində ölkəmizin ən çox oxunan və sevilən ictimai-siyasi qəzetlərindən birinə çevrilib: "Yeni Azərbaycan" qəzeti fəaliyyət göstərdiyi illər ərzində ölkəmizdəki ictimai rəyin düzgün əsaslarda formalaşması işinə özünəməxsus töfhələr verib. Eyni zamanda, "Yeni Azərbaycan" qəzeti milli mətbu orqanlarımız içərisində obyektivliyi və milli-mənəvi dəyərlərimizi geniş təbliğ etməsi ilə seçilib, dünyada baş verən hadisələri analitik təfəkkürün süzgəcindən keçirərək Azərbaycan ictimaiyyətinə ötürmə missiyasını uğurla aparıb. "Yeni Azərbaycan" hazırda sayı 730 mindən çox olan Yeni Azərbaycan Partiyasının üzvləri ilə bərabər, həm də bütövlükdə Azərbaycan xalqının qəzetdir. Qəzet ümumi-kütləvi auditoriyaya müraciət edən çoxtirajlı qəzetlərdən, milli media nümunələrindən biridir".

Baş redaktor bildirib ki, "Yeni Azərbaycan" qəzetinin bu cür populyarlıq qazanması və özünəməxsus ciddi imic formalaşdırması YAP rəhbərliyinin, İcra katibliyiinin tövsiyələri əsasında baş tutub: