Bakıdan Türkiyəyə gedən azərbaycanlı itkin düşdü


Digərləri 10 Apr 2019 07:39:00 167 0

Bakıdan Türkiyəyə gedən azərbaycanlı itkin düşdü

Bakıdan Türkiyəyə gedən azərbaycanlı itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə polisə Bakı şəhəri, Səbail rayonu Bibiheybət qəsəbəsində kirayədə yaşayan, 1999-cu il təvəllüdlü Fidan Atayeva müraciət edib.

O bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1993-cü il təvəllüdlü Ayxan İsmayılov aprelin 4-də yaşadığı evdən çıxaraq Türkiyəyə işləməyə getdiyini deyib, həmin vaxtdan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.