Nazirlik: Tezliklə Bakıda "DOST" mərkəzinin açılması gözlənilir


Digərləri 10 Apr 2019 00:17:00 281 0

Nazirlik: Tezliklə Bakıda "DOST" mərkəzinin açılması gözlənilir

Yaxın zamanda Bakının Yasamal rayonunda "DOST" (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzinin açılması planlaşdırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu DOST Agentliyinin Təhlil və statistika departamentinin direktor müavini Şahin Zülfüqarov Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Ağstafa rayonunda keçirilən "Regionların inkişafında sahibkarlığın rolu" mövzusunda III regional forumdakı çıxışında bildirib.

Zülfüqarovun sözlərinə görə, "DOST" mərkəzlərinin yaradılması Əmək və Sosial Müdafiə Nazirliyinin bütün xidmətlərini bir yerdə toplamaq imkanı yaradacaq: "DOST" mərkəzləri dövlət sosial xidmətlərinin operativ sadələşdirilmiş prosedurlar vasitəsi ilə təqdim olunması üçün yaradılır".