Parazitə yoluxmamaq üçün dərman içmək işə yarayır?


Digərləri 09 Apr 2019 23:35:00 247 0

Parazitə yoluxmamaq üçün dərman içmək işə yarayır?

Bir çox hallarda pediatrlar, əsasən də evdə heyvan saxlanılırsa uşağa hər il parazit qurdlardan qorunmaq məqsədilə dərman verməyi məsləhət görürlər. Bu doğrudurmu? Bəs böyüklərdə bu işə yarayırmı?

Son.az medicina.az-a istinadən bildirir ki, ev heyvanlarının 10 faizində parazit qurdlara rast gəlmək mümkündür. Veterinarların bildirdiklərinə görə, heyvanları 3 aydan bir parazatlərdən təmizləmək tələb olunur.

Bəs insan parazitə yoluxduqdan sonra nə etmək lazımdır?

Bu zaman mütləq həkimə getmək tələb olunur. Helmintoz təhlükəli xəstəlikdir. Parazit qurdlar insanın toxumaları və qanı ilə qidalanır.  Özünü müalicə yolverilməzdir, hətta ölümlə nəticələnə bilər.

Bəs qurda yoluxmamaq üçün preparatlardan istifadə etmək düşgündürmü?

Qurd əleyhinə preparatlar kifayət qədər toksiki tərkibə malikdirlər və yan təsirlərə səbəb ola bilərlər:

• Baş ağrısı

• Həssiyatın pozulması. Bu zaman orqanizmdə, iynələnmə kimi hallar yaşana bilər.  

• Periferik sinir ucluqlarının zədələnməsi

• Iy hallusinasiyası

• qıcolma

• danışıq pozulması

• tremor - qeyri-ixtiyari, ritmik hərəkətlər