Məsumların nəzərində südün faydaları


Digərləri 09 Apr 2019 23:40:00 267 0

Məsumların nəzərində südün faydaları

Süd - o nemətlərdəndir ki, Məsumlarımız (ə) daima ondan istifadə etmiş və bizlərə də tövsiyə etmişdilər.

İmam Sadiq (ə) buyurur: "Boğaz ağrısı üçün süd içmək kimi faydalı bir şey yoxdur".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: "Süd iç ki, həm bədəndə ətin əmələ gəlməsinə səbəb olar və həm də sümükləri möhkəm edər".

İmam Əli (ə) buyurur: "Süd içmək - ölümdən başqa bütün xəstəliklərin dərmanıdır".

Səhabələrdən biri nəql edir: "İmam Baqirin (ə) yanında mədə ağrısından şikayət etdim və Həzrət (ə) mənə buyurdu: "Niyə inək südü içmirsən? Heç indiyə qədər inək südü içmisən?".

Dedim: "Bəli, dəfələrlə içmişəm".

İmam (ə) buyurdu: "Sənin nəzərinə görə, inək südü necədir?".