Sağlamlığınızı izləyən ağıllı gecə paltarları


Digərləri 09 Apr 2019 23:10:00 257 0

Sağlamlığınızı izləyən ağıllı gecə paltarları

İndiki dövrdə az qala hər şeyin başına, 'ağıllı' sözünü gətirməyə başladıq. Cib telefonlarından ev alətlərinə qədər, az qala hər şeyin ağıllısı istehsal olunmaqla yanaşı, paltarlar da bundan payını almağa başladı.

Son.az deyerler.org-a istinadən bildirir ki, yaxşı bir gecə yuxusu almağı xəyal edirsinizsə, bunun sirri gecə geyimləri tərəfindən sizə təqdim edilən məlumatlarda gizli ola bilər. Araşdırmaçıların yaratdığı ağıllı gecə geyimləri, yuxu əsnasında sağlamlıq məlumatlarınızı analiz edə bilir.

Araşdırmaçıların yaratdığı ağıllı gecə geyimləri ürək döyüntüsü sürəti, nəfəs alıb vermə və yuxu nizamı kimi məlumatları, üzərində olan sensorlar vasitəsilə yazaraq sizlərə təqdim edə bilir.