Qiyamət günü Uca Allah belə insanlara rəhm edəcək


Digərləri 09 Apr 2019 22:40:00 226 0

Qiyamət günü Uca Allah belə insanlara rəhm edəcək

Dinimiz məkarim əxlaqı, mülayim xasiyyətə malik olmağı, insanlara şəfqət göstərməyi həmişə mədh etmiş və insanları ona dəvət etmişdir. Bu fəzilətli sifətlər insanları həm dünyada və həm də axirətdə əziz edər və Allahın sevimlisi olarlar.

"Və bizim üçün bu dünyada (yaşayış, itaət və aqibətdə) və axirətdə (hesabda, şəfaətdə və cənnətdə) yaxşılıq yaz. Çünki biz Sənə tərəf qayıtmışıq".

Son.az deyerler.org-a istinadən bildirir ki, Buyurdu: "(xilqətin kamil quruluşunda hikmət əsasında) istədiyimi əzabıma düçar edərəm və rəhmətim hər bir şeyi əhatə etmişdir. Odur ki, tezliklə onu təqvalı olanlar, zəkat verənlər və Bizim ayə və nişanələrimizə iman gətirənlər üçün yazacağam". ("Əraf" 56).

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim müsəlmana rəhm etməzsə, Allah da ona rəhm etməz".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Allah, Öz bəndələri arasından ancaq rəhm edənlərə rəhm edər".