Can dərmanı olan yaz bitkiləri: Qanqal, qulançar və digər bitkilər


Digərləri 09 Apr 2019 22:11:00 288 0

Can dərmanı olan yaz bitkiləri: Qanqal, qulançar və digər bitkilər

Yazda dağlarda, dərələrdə və sahələrdə bitən bəzi yabanı bitkilər var ki,onlardan müxtəlif yeməklərin hazırlanmasında istifadə edilir. Bunu fürsət bilən yerli sakinlər qanqal,qulançar və digər bitkiləri yığıb yol kənarlarında satırlar. Bu bitkilər arasında ən bahalı olanı isə qulançardır. Bir dəstəsiən aşağı 4 manata təklif olunur.

Yazın gəlişi ilə insanların istifadə etdiyi bəzi bitkilərin də vaxtı gəldi.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, taxıl zəmiləri, yonca sahələri, su bol olan ərazilər bu bitkinin məskəni hesab edilir. Havalar isinər-isinməz isə yol kənarlarında qanqalın satışı həyata keçirlir.

Tikanlı olduğundan əksər insanlar ondan uzaq dursalarda amma qanqalın dadını, xeyrli tərəflərini bilənlər onun yetişmə vaxtını səbirsizliklə gözləyir. Elə bunu nəzərə alan Yevlax sakinləri də bitkini toplayıb yol kənarında satırlar. Rayon sakinləri qanqalın 4-6 ədədini dəstə bağlayıb, 50 qəpik -1 manata təklif edirlər.

Yerli sakinlər bildirir ki, qanqal yeyən zaman ürək, qaraciyər, ən əsas isə böyrək xəstəliyindən əziyyət çəkənlər şəfa tapır.