Sığorta şirkəti vətəndaşı necə aldadır?


Digərləri 09 Apr 2019 22:12:00 224 0

Sığorta şirkəti vətəndaşı necə aldadır?

Sumqayıt sakini sığorta şirkətinin dələduzluğu ilə üzləşdiyini iddia edir. Öz şəxsi yük avtomobilini sığorta etdirən vətəndaş ona yazılan cərimələrdən sonra aldadıldığını bilib. Sığorta şirkəti isə dələduzluq edən şəxsin artıq işdən uzaqlaşdırıldığını bildirir. Hadisəni polis də araşdırır.

Bir neçə vətəndaş sığorta şirkətinin onları aldatdığını iddia edir.

Sumqayıt şəhər sakini Mehdi Abbasov idarə etdiyi yük maşınını sığorta etdirmək üçün "Günay" sığorta şirkətinə müraciət edib. Şirkətin Anar Aslanov adlı işçisi maşına görə sığorta ödənişini alıb. Şikayətçinin sözlərinə görə, o, bu dələduzluqdan maşınına yazılan cərimələrdən sonra xəbər tutub. Aydın olub ki, həmin Anar adlı şəxs pulu aldıqdan sonra ona bildiriş versə də, məlumatı sistemə daxil etməyib.

Zərərçəkmiş ona dəymiş ziyanın geri qaytarılmasını tələb edir.