Kompensasiya alacaq vətəndaşlara məhkəmədən bildiriş gəlir


Digərləri 09 Apr 2019 22:08:00 192 0

Kompensasiya alacaq vətəndaşlara məhkəmədən bildiriş gəlir

Bir müddətdən sonra dollarla kredit borcu olan vətəndaşlara kompensasiyaların verilməsinə başlanılacaq. Amma bəzi vətəndaşlara müəyyən məhkəmələrdən borcun ödənilməsi ilə bağlı bildirişlər gəlir. Təbii ki, bu vətəndaşlarda müəyyən narahatlıq yaradıb. Məsələyə Maliyyə Bazarlarına Nəzarət Palatası aydınlıq gətirib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, xarici valyutda olan problemli kreditlərlə bağlı vətəndaşlara kompensasiyanın veriləcəyi haqqında qərar olsa da, bəzi vətəndaşlara müxtəlif məhkəmələrdən məktublar gəlir. Məktublarda borcun ödənilməsi tələb edilir.

Ramil Kazımov adlı şəxsə gələn sənəd onlardan biridir. Sənəddə vətəndaşdan 10 min dollara yaxın borcun ödənilməsi tələb edilir. Əks halda onunla balğı müxtəlif tədbirlərin görüləcəyi qeyd edilir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Tural Feyzullayev bildirib ki, bu tipli sənədləri olan vətəndaşlar ilk növbədə qurumun saytına daxil olaraq kompensasiya məbləğinin sorğulanması bölməsindən özü haqqında məlumatlarla tanış olmalıdırlar.