Bu yalanlara insan öyrəşir və onlara qarşı səhlənkarlıq edir


Digərləri 09 Apr 2019 21:55:00 251 0

Bu yalanlara insan öyrəşir və onlara qarşı səhlənkarlıq edir

Yalan - kəbirə günahdır və başqa günahların qapısı hesab olunur. Hər kim yalan danışar, o biri günahları da asan yerinə yetirər.

Bəzi haram yalanlar vardır ki, insanlar ona qarşı səhlənkarlıq edərək yerinə yetirərlər. Ancaq əslində bu yalanlar da haram hökmündə gedir.

Misal üçün, insanların adət etdiyi sözlərdə bəzən elə yalanlar olar ki, ardınca böyük bəlalar gətirər. Misal üçün deyərlər ki, Allah şahiddir ki, belədir. Halbuki, başqa cür olduğunu bilirlər, ancaq yalan deyirlər və Allahı da şahid tuturlar.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət İsa (ə) bu cür günahlar barəsində buyurur: "Bu, Allah yanında böyük günahlardandır".

Başqa hədisdə oxuyuruq ki, əgər bəndə yalan işə görə Allahı şahid tutarsa, Allah buyurar: "Məndən zəifini tapmadın ki, Məni bu yalan iş üçün şahid tutursan?!".

Bəzən də insanlar yalandan şəhadət verirlər ki, bu da böyük günahlardandır. Həzrət Peyğəmbər (s) bu cür insanları bütpərəstlərlə eyni sırada qərar vermişdir. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "O kəs ki, mənfəətini yalan anda satar, o kəslərdən olar ki, Allah Təala Qiyamət günü onunla danışmaz. Ona rəhmət nəzəri salmaz. Əməlini qəbul etməz".