Bəziləri deyir ki, evdə yalnız bir ədəd möhür olmalıdır.


Digərləri 09 Apr 2019 21:45:00 233 0

Bəziləri deyir ki, evdə yalnız bir ədəd möhür olmalıdır.

Bu cür fikirlər savadsızlıqdan yaranır və dinlə heç bir əlaqəsi yoxdur. İslam dini evdəki möhürlərin sayı üçün məhdudiyyət qoymur. Bu sözü deyənlər adi məntiqə riayət etmirlər.

Son.az islam.az-a istinadən bildirir ki, əgər evdə yalnız bir möhür olmalıdırsa, deməli, həmin evdə yalnız bir nəfər namaz qılan olmalıdır. Çünki onlar eyni vaxtda namaz qılsalar, bir nəfərdən başqa qalanları möhürsüz namaz qılmalı olacaqlar. Möhür üzərində mülkiyyət də sair əşyalar kimidir. Hər hansı əşyanı alıb saxlayarkən həddi aşmaq, israfa yol vermək, lazımsız yerə evdə saxlamaq dinimizdə bəyənilmir. Möhürlərin sayı da tələbata uyğun olmalıdır. Evdə istifadəsiz qalan artıq möhürləri başqa şəxslərə, məscidlərə hədiyyə etmək daha yaxşıdır.