BDU-da “Dövlətin təhlükəsizliyinin təminində gənclərin rolu” mövzusunda konfrans keçirilib


Digərləri 09 Apr 2019 21:46:24 193 0

BDU-da “Dövlətin təhlükəsizliyinin təminində gənclərin rolu” mövzusunda konfrans keçirilib

Bakı Dövlət Universitetində (BDU) təhlükəsizlik orqanlarının yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Dövlətin təhlükəsizliyinin təminində gənclərin rolu” mövzusunda konfrans keçirilib.

Bakı. Bakı Dövlət Universitetində (BDU) təhlükəsizlik orqanlarının yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Dövlətin təhlükəsizliyinin təminində gənclərin rolu” mövzusunda konfrans keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, Dövlət Təhülkəsizliyi Xidmətinin (DTX) məsul əməkdaşlarının, BDU-nun professor-müəllim heyətinin və tələbələrinin iştirak etdikləri konfransı rektor Elçin Babayev açaraq dövlət təhlükəsizlik orqanlarının tarixindən, ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin formalaşdırılması, strateji dövlət təsisatlarının qurulması, təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqillik, sabitlik və tərəqqi siyasətinin həyata keçirilməsindən bəhs edən rektor bildirib ki, gənclər hər zaman milli mənafeyi qorumalı, təhsildə uğur qazanmalı və əzmlə çalışmalıdır. DTX-nin əməkdaşı Tural Məmmədov “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda məruzə edib. O, təhlükəsizlik orqanlarının keçdiyi şərəfli yoldan, bu orqanlarda milli mənafelərə xidmət strategiyasının əsasının ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi 1956-1965-ci illərdə yaradıldığından danışıb.