Arıqlamaq üçün ən effektli vasitə


Digərləri 09 Apr 2019 21:35:00 257 0

Arıqlamaq üçün ən effektli vasitə

Kolorado Universitetinin alimləri arıqlamaq üçün ən effektiv vasitəni tapıblar.

Onlar dieta və müxtəlif idman hərəkətlərinin artıq çəkiyə təsirini müəyyən ediblər.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, alimlər tədqiqatlar zamanı çəki dəyişikliyi baş verərkən kalorinin necə aşağı düşdüyünü öyrəniblər. Onlar bu zaman çəkini qaydada saxlamağı bacaran, normal çəkili və artıq çəkili insanlarla bağlı məlumatları təhlil ediblər.

Alimlər orqanizmin ağır hidrogen və ağır oksigenlə zənginləşdirilmiş suyun qəbulu ilə müşayiət olunan ikiqat su etiketləmə metodundan istifadə ediblər.