İranda çayın qiyməti bahalaşdı


Dünya 09 Apr 2019 20:59:00 265 0

İranda çayın qiyməti bahalaşdı

İranın İqtisad Şurasının qərarına əsasən 1 kq 1-ci dərəcəli çayın qiyməti 20% bahalaşaraq 37,2 min riala (təxminən 0,88 dollar) çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Çay Təşkilatının sədri Həbib Cahansaz jurnalistlərə verdiyi açıqlamada deyib.

H.Cahansazın sözlərinə görə, 2-ci dərəcəli çay isə 21% bahalaşaraq 18,4 min riala (təxminən 0,44 dollar) çatıb.