Cəmi iki həftə öncə çapdan çıxmış "Əsarət" artıq alınıb qurtardı


Digərləri 09 Apr 2019 20:47:00 203 0

Cəmi iki həftə öncə çapdan çıxmış "Əsarət" artıq alınıb qurtardı

Elmi-populyar janrdakı kitabın ikinci nəşrinə hazırlıq gedir.

Tanınmış yazıçı, psixoloq Rövşən Abdullaoğlunun "Əsarət" adlı yeni kitabı mart ayının 26-da işıq üzü görməsinə baxmayaraq, kitabın ilk nəşri artıq iki həftə ərzində alınaraq qurtarıb.

Kitabdan qazancını şəhid ailələri və kimsəsiz uşaqlara verir - Tanınmış yazıçıdan örnək addım Son.az xəbər verir ki, elmi-populyar janrda yazılmış "Əsarət" "Tanrı - mif, yoxsa həqiqət" silsiləsindən olan ilk kitabdır. Oxucusunu öz baxış bucağını təhlil etməyə, xurafatın, yanlış düşüncənin, ictimai stiqmaların əsarətindən qurtarmağa dəvət edən bu əsər oxucular tərəfindən çox böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, yaxın günlərdə kitabın artıq ikinci nəşri də oxucuların ixtiyarına veriləcək.