Ərdoğan təslim olmaq istəmir,


Digərləri 09 Apr 2019 20:49:00 184 0

Ərdoğan təslim olmaq istəmir,

İstanbulda Bələdiyyə seçkilərinin yenidən keçirilməsini istəyirik. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Ali İhsan Yavuz 31 mart seçkilərinin nəticələri və etiraz ərizələri ilə bağlı açıqlamalar verərkən bildirib.

Yavuz eyni zamanda qeyd edib ki, İstanbulda araşdırılan 13 rayonda 5 min şəxsin adı seçki siyahısından kənarda olub.

Hər bir siyasi partiyanın fövqəladə etiraz haqqının olduğunu vurğulayan Yavuz qeyd edib: "Fövqəladə etiraz haqqımızdan istifadə edəcəyik. Seçkilərin nəticələrini çox təsir edə biləcək hallar var və İstanbulda yenidən seçkilərin keçirilməsini istəyirik".

Yavuz, bir jurnalistin "Yüksək Seçki Quruluşunun (YSK) seçkinin təkrar keçirilməsi tələbəni rədd edərsə nə edəcəksiniz" sualına cavab olaraq qurumun qərarına hörmətlə yanaşacaqlarını bildirib: "Amma şübhə ortadan qalxacaq".