Bu türk ölkəsi dünyanın “ən az siqaret çəkən ölkəsi” oldu


Digərləri 09 Apr 2019 20:19:00 319 0

Bu türk ölkəsi dünyanın “ən az siqaret çəkən ölkəsi” oldu

Siqaret çəkən Türkmənistan vətəndaşlarının sayı bir il ərzində iki dəfə - 8%-dən 3,4%-ə düşüb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Ümumdünya Səhiyyə Təşkilatı yayıb. Təşkilat bunun sayəsində Türkmənistanın ən az siqaret çəkən ölkə statusuna sahibləndiyini bildirib. ÜST indiyə qədər heç bir ölkənin belə göstəriciyə çatmadığını qeyd edib.

Müstəqil ekspertlər isə bu fikirlə razılaşmayıb. Onlar siqaret çəkənlərin sayının azalmasının tütün məhsullarının yüksək qiymətləriylə bağlı olduğunu bildirib.