“İran gərginliyi” neft birjalarını çalxaladı


Dünya 09 Apr 2019 20:04:00 235 0

“İran gərginliyi” neft birjalarını çalxaladı

Bu gün neft birjalarında yenidən həyəcan başlayıb. Artıq "Brent" markalı neft Bakı vaxtilə saat 15:50-də 71 dollara satılıb. Azərbaycan neftinin dünənki satış qiymətinin 73 dollar olduğunu nəzərə alsaq, bu gün daha baha qiymətə dünya bazarına çıxacaq. 

Bəs neftin bahalaşması nə qədər uzunmüddətlidir? 

Son.az Oxu.az-a istinadən xəbər verir ki, neftin budəfəki bahalaşmasında Liviya və İran ətrafındakı gərginlik əsas yer tutur.

Belə ki, Liviyada baş verən hadisələr azmış kimi, dünən axşam "İran İslam Keşikçiləri" hərəkatı terror təşkilatı elan edilib. 

Neft satıcıları arasında bu təşkilatın üzvləri olanlar da var, buna görə də bazarda yeni situasiya yaranıb. Üstəlik, İran da sakit durmayaraq, ABŞ ordusunu terrorçu elan edib və beləliklə, münasibətlərin gərginləşməsi "qara qızıl"ın dəyərini artırıb.